Dünya Bankı
Cənubi Qafqazda Ağıllı Kəndlər Proqramının Sahə Təqdimatları
AKQA Dünya Bankı tərəfindən Azərbaycanda “Ağıllı Kəndlər Proqramı” üzrə tədqiqatın aparılmasına kömək məqsədilə məsləhət xidmətləri göstərmişdir.
Dünya Bankı Cənubi Qafqazda dövlətlərin (Azərbaycan, Gürcüstan və Ermənistan) yerli iqtisadi inkişafı stimullaşdırmaq, kənd yerlərini canlandırmaq, eləcə də kənd yerlərinin inkişafını bilik, texnologiya və innovasiya ilə idarə olunduğu gələcəyə uyğunlaşdırmaq üçün “ağıllı kəndləri” necə təşviq edə biləcəyini müəyyən etmək məqsədi ilə Cənubi Qafqazda Ağıllı Kəndlər Proqramı üzrə araşdırma aparmışdır.
Ağıllı kəndlər- bəzi mövcud və ya potensial iqtisadi hərəkətverici qüvvələri olan kəndlər qrupudur ki, burada xidmətləri, infrastrukturu və yaşayış vasitələrini canlandırmaq üçün bilik, texnologiya və innovasiyalardan istifadə etməklə, oranın inkişaf potensialı açıla bilər. Əsas komponentlərə daxildir: 1) ağıllı infrastruktur və xidmətlər, 2) ağıllı bizneslər və gəlirgətirən layihələr və 3) ağıllı yerli idarəçilik.
Birinci mərhələdə tədqiqat Azərbaycanda Ağıllı Kəndlər Proqramı üçün Yol Xəritəsini hazırlanmasına təkan verəcək. O, Ağıllı Kəndlər konsepsiyasını müəyyən edəcək, onun əsas komponentlərini təyin edəcək və onun regionda kənd və yerli inkişaf üçün aktuallığını araşdıracaq. Bu tədqiqat bütün dünya üzrə icra olunmuş Ağıllı Kəndlər Proqramlarını və onlardan öyrənilmiş dərsləri nəzərə alacaq. O, Azərbaycanda mümkün ağıllı kənd şəbəkələrini təhlil edəcək. O, müxtəlif maraqlı tərəflərin, misal üçün milli və yerli səviyəli siyasətçilərin, icmaların, akademik dairələrin və özəl sektorun ağıllı kənd proqramlarının uğurla həyata keçirilməsində oynaya biləcəyi rolu müəyyən edəcək. O, həmçinin texnologiya və innovasiyaların yayılmasının davamlı olaraq bu ağıllı kəndlərdə necə baş verə biləcəyinə, eləcə də ağıllı kəndlərin xidmətlərin yaxşılaşdırılmasına, məşğulluğun stimullaşdırılmasına, yerli biznes və sərmayə qoyuluşları üçün yeni imkanların yaradılmasına yönəlmiş mümkün təsirlərinə xüsusi diqqət yetirəcək.
AKQA sahə şəraitində keyfiyyət yönümlü tədqiqat qrupunun işini dəstək göstərib. Ən əsas dəstək, əhalinin məskunlaşması, iqtisadi fəaliyyətlər, infrastruktur və xidmətlərin vəziyyəti də daxil olmaqla klasterin struktur quruluşunu müəyyən etmək üçün rayon və bələdiyyə səviyyəsində məlumatların toplanmasından, eləcə bacarıq səviyyələri və rəqəmsal texnologiyadan istifadə də daxil olmaqla insan kapitalı haqda məlumat toplanmasından ibarət olub.
Region səviyyəsindən aşağı olan məlumatlar Dövlət Statistika Komitəsində mövcud deyil. Ona görə də AKQA rayon və bələdiyyə səviyyəsindən hər hansı çatışmayan məlumatları doldurmaq üçün geo-məkan və iqtisadi təhlil qrupu ilə işləməli olmuşdu.
Biz fokus qrup müzakirələri (FQM) və əsas informatorlar ilə müsahibələr (ƏİM) üçün lazımi tədbirlər gördük. Buraya komanda heyəti üçün səyahətin və gecə qalmaq üçün şəraitin təşkili daxil idi. Fermerlər, yerli biznes nümayəndələri, qadınlar və gənclər və digər həssas qruplar daxil olmaqla, FQM-ləri üçün əsas qrupların müəyyən edilməsi və bu qrupların nümayəndələrinin FQM-lərə cəlb edilməsi. Rayon İcra Hakimiyyətinin başçıları, rayon səviyyəli rəsmilər, bələdiyyə sədrləri və bələdiyyə şurasının üzvləri, kommunal şirkətlərin nümayəndələri və digər xidmət təminatçıları, biznes və icma liderləri daxil olmaqla, ƏİM üçün əsas maraqlı tərəflərin müəyyən edilməsi. Quba, Xaçmas, Qusar, Şəmkir və Tovuz rayonlarında 5 FQM-nin, eləcə də 19 ƏİM-in təşkilinə, həmçinin bu görüş və müzakirələrin idarə olunmasına və tərcümə edilməsinə dəstək verilib. Müsahibələri və Fokus Qrupu Müzakirələrini səsli və yazılı qeyd etməkdə və onların tərcümə olunmasında köməklik göstərilmişdir.