USAİD Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Assosiasiyalarda Qadınlar” Komponenti

Ətraflı
About

USAİD Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Assosiasiyalarda Qadınlar” Komponenti

USAID-in Özəl Sektorun İnkişafı Layihəsi (PSA) Azərbaycanda qeyri-neft iqtisadiyyatının dayanıqlılığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədilə həyata keçirilən beşillik təşəbbüsdür. Layihənin xüsusi diqqət kənd təsərrüfatı və turizm olmaqla özəl sektorun rəqabətliliyini artırmağa hədəflənib.

Özəl Sektorun İnkişafı Layihəsi (PSA) Azərbaycan hökuməti və özəl sektorla əməkdaşlıq edərək, dövlət və özəl sektorun dəstək mexanizmlərinin və xidmət göstərilmə səviyyəsinin modernləşdirilməsi və təkmilləşdirilməsi üçün müəyyən edilmiş prioritetlərin həyata keçirilməsinə kömək edir. Bu, dövlət qurumlarının yeni vəzifələri yerinə yetirmək qabiliyyətini artırmaqla Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini gücləndirir.

Özəl Sektorun İnkişafı Layihəsi (PSA) çərçivəsində bir neçə Komponent birləşir ki, bunlardan biri də “Assosiasiyalarda Qadınlar” komponentidir. Komponentin əsas məqsədi Azərbaycanda qadın assosiasiyaları, qadın biznes təşkilatlarının inkişafına dəstək olmaq və qadınların rolunun biznes və iş yerlərində təşviqi ilə onların iqtisadi gücləndirilməsini artırmaq, qadın sahibkarlığının milli iqtisadiyyat rolunun artırılmasına nail olmaqdır. Bu Komponent çərçivəsində müxtəlif qadınyönümlü müəssisələr və təşkilatlar, qadınların rəhbərlik etdiyi assosiasiyalar ilə əməkdaşlıq qurulur, qadın sahibkarlığının inkişafını hədəfləyən iqtisadi islahatların həyata keçirilməsinə dəstək göstərilir.

Layihə çərçivəsində əlaqədar dövlət qurumları, qadın assosiasiyaları, biznes təşkilatları, müxtəlif yerli və beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində təlim və mentorluq proqramları həyata keçirilir. Layihənin fəaliyyəti çərçivəsində Azərbaycanda ilk dəfə olaraq qadın sahibkarlığının inkişafını dəstəkləyən və təşviq edən geniş platforma olan Qadınların Milli Biznes Gündəliyi (QMBG) platforması yaradılıb.