GIZ
Layihənin adı: Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi Proqramı
Cənubi Qafqaz ölkələrində dövlət və özəl sektor tərəfdaşları ilə birgə işlənib hazırlanmış Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili vəTəlimi Proqramı, əhalinin məşğulluğu ilə bağlı təsirlərə, eləcə də peşə təhsili və təliminin sıx inteqrasiyasına daha cox diqqət yetirməklə özəl sektorun inkişaf etriliməsinin təşviqinə nail olmağa çalışır.
Məhdud alıcılıq qabiliyyətinə malik kiçik daxili bazarlar səbəbindən Cənubi Qafqaz ölkələri iqtisadi inkişafı təşviq etmək üçün indiyədək xarici ticarətin genişləndirilməsinə daha çox diqqət yetiriblər. İxrac yönümlü strategiya məşğulluq vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılmasında yalnız kiçik uğur qazana bilmişdir. Turizm və kənd təsərrüfatı kimi müqayisə oluna bilən iqtisadiyyat sahələrində və Cənubi Qafqazda kasıb əhali üçün nəzərdə tutulan inkişaf və məşğulluğun təşviqi üçün ən böyük potensialı təmin edən sektorlarda məşğulluğun artımının davamlı olması mümkün deyil, çünki müəssisələrdə yaxşı təlim keçmiş ixtisaslı kadr potensialı yoxdur.
Beləliklə, əsas problem, məşğulluq üçün uyğun olan sektorlarda davamlı iqtisadi inkişaf üçün mürəkkəb şəraitin olmasından ibarətdir. Mövcud imkanlar nəzərdə tutulan məşğulluq və artım tempini yaratmaq üçün hələ də yetərli sayılmır.Ona görə də proqram modulunun məqsədi belədir: Məşğulluq üçün uyğun olan seçilmiş sektorlarda davamlı iqtisadi inkişaf üçün şəraitin yaxşılaşdırılması.
Proqram, məşğulluğun təşviqində Almaniya İnkişaf və Əməkdaşlıq Təşkilatının (GİZ) inteqrasiyalı yanaşmasını tətbiq etməyi planlaşdırır. O, məşğulluq üçün daha yaxşı zəmin yaratmaq məqsədi ilə əmək bazarının həm tələb, həm də təklif tərəfini əhatə edəcək. İnkişaf yönümlü yardım ilk növbədə özəl sektorun peşə hazırlığına cəlb edilməsinə yönələcək.
AKQA-nın rolunun qısa təsviri. Bu tapşırığın məqsədi Goranboy və Bərdə rayonlarında tərəvəzçiliklə məşğul olan qadın müəssisələrinin seçilməsi, onların səfərbər edilməsi, eləcə də proqrama cəlb edilərək onların təlim ehtiyaclarının qiymətləndirilməsindən ibarətdir.
1. Fermerlərin ərazi üzrə seçilməsi – əsas diqqət Goranboyun Boluslu və Bərdənin Böyük Göyüşlü və Qara Yusifli kəndlərinə verilməklə, seçilmiş rayonlarda fermerlərin seçilərək və səfərbər edilməsi. Fermerlər proqramın vəzifələri haqqında məlumatlandırılmalıdırlar. Nəticədə isə, hər kənddən 9 biznes olmaqla, cəmi 27 dənə tərəvəzçiliklə məşğul olan biznes müəssisə seçilməlidir.
2. Təlim ehtiyaclarının qiymətləndirilməsi – Fermerlərin müəyyən edilməsi başa çatdıqdan və seçilmiş fermerlərin siyahısını proqramla razılaşdırdıqdan sonra, podratçı seçilmiş fermerlərin təlim ehtiyaclarının qiymətləndirilməsini həyata keçirməlidir. AKQA podratçı qismində sorğunun strukturunu müəyyən etmiş sorğu vərəqəsini tərtib etmiş və hazırlamış sorğunu icra edərək nəticələri şərh etmişdir.