Tarix
Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) kənd qadın sahibkarlar və fermerlər üçün ilk milli platforma kimi 13 Noyabr 2018-ci il tarixində yaradılıb. Assosiasiya, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyinin birgə maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində irəli sürülmüş Özünə Dəstək Qrupları əsasında formalaşmış Qadın İnkişaf və Müəssisə Qruplarını (QİMQ) dəstəkləmək və inkişaf etdirmək üçün yaradılıb. Layihə 2019-cu ilin Sentyabr ayında başa çatıb və AKQA o vaxtdan bəri həm mövcud qrupları dəstəkləməyə, həm də 2021-ci ilin avqust ayına kimi onları 22 rayonda 600 kənd qadınını əhatə edən 44 qrupa qədər genişləndirməyə müvəffəq olmuşdur. Qruplar müntəzəm olaraq formalaşdırılır, çünki ölkə üzrə QİMQ-ləri genişləndirmək üçün kifayət qədər imkan var və bu modelin coğrafi əhatə dairəsini daha da genişləndirmək üçün kənd qadınları və yerli hakimiyyət orqanları tərəfindən güclü tələb güclü tələb müşahidə olunmaqdadır.
AKQA öz üzvlərini müxtəlif səviyyələrdə dəstəkləyir:
- O, kənd qadınlarının problemlərini, xüsusilə də qadın fermerlərin və sahibkarların üzləşdiyi məhdudiyyətləri dilə gətirir.
- O, QİMQ-lərə bacarıqlarını təkmilləşdirmək və bir-birindən öyrənmək üçün texniki dəstək göstərir.
Yeni qruplara mentorluq təcrübəli qruplar tərəfindən fəal şəkildə həyata keçirilir.
QİMQ-lər daim yeni biliklər əldə edən və biliklərini bir-biri ilə paylaşan bütün üzvlər üçün dəstəkləyici şəbəkə modelini ortaya qoyur.
O, müəssisələrin yaradılmasına, genişləndirilməsinə və şaxələndirilməsinə kömək edən İcma Biznes Təbliğatçılarının idarə etdikləri inkubatorlar vasitəsilə müəssisəyə dəstək sistemi təqdim edir və banklardan maliyyə vəsaitinin cəlb olunması üzrə danışıqlarda köməklik göstərir. O, qrupların müvafiq dövlət proqramları ilə əlaqə qurmasına, eləcə də hökumətin, beynəlxalq donorların və özəl sektorun layihə və proqramları ilə tərəfdaşlığına dəstək göstərir. Ətraflı məlumat əldə etmək üçün “Tərəfdaşlıq” səhifəsinə baxın.