Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

FAO Birləşmiş Millətlər Təşkilatının ərzaq və kənd təsərrüfatı üzrə ixtisaslaşmış qurumudur

Ətraflı
About

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

FAO Birləşmiş Millətlər Təşkilatının ərzaq və kənd təsərrüfatı üzrə ixtisaslaşmış qurumudur. Biz iki layihənin həyata keçirilməsinə dəstək vermək üçün FAO ilə birgə işləyirik.

"Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı" layihəsi

Layihə regional və yerli bazarlarda konkret məhsulların əhəmiyyətinə, yerli istehsal sistemlərinin unikal xüsusiyyətlərinə və aqro-turizm imkanları üçün cəlbediciliyinə əsaslanaraq, seçilmiş pilot rayonlarda yerli kənd-ərzaq istehsalçılarına məqsədyönlü dəstək göstərir. Bu, inklüziv və səmərəli dəyər zəncirlərinin inkişafı üçün biznes mühitini daha da gücləndirir və kənd təsərrüfatı irsi sistemlərinin əhəmiyyətinin milli şəkildə tanınmasına kömək edir. İcra müddəti 2020-2022-ci illər. 

Layihənin beynəlxalq məsləhətçilərinin və FAO-nun texniki işçilərinin rəhbərliyi altında AKQA aşağıda sadalanan fəaliyyətlərin həyata keçirilməsinə və nəticələrin əldə edilməsinə cavabdehdir: 
1)    Seçilmiş fermer qruplarının və qida biznesi operatorlarının biznes idarəetmə bacarıqlarının təkmilləşdirilməsi
1.1.    Seçilmiş fermer qruplarının və qida biznesi operatorlarının biznes idarəetmə bacarıqlarını təkmilləşdirmək
1.2.    Seçilmiş benefisiar qrupları üçün təlim ehtiyaclarının təhlilini aparmaq.
1.3.    Biznes planlaması, idarəetmə və marketinq üzrə təlim modulları hazırlamaq
1.4.    Təlim modullarını benefisiar qruplarına keçmək 
1.5.  Biznesin inkişafı konsepsiyalarının işlənib hazırlanmasına və biznes planlarının tərtib edilməsinə köməkl məqsədilə praktik təlim sessiyalarının hazırlanması.
1.6.    Praktik təlimlərin keçirilməsi

2) Kənd qadınlarının seçilmiş yerli qida irsində iştirakını daha yaxşı tanıtmaq məqsədi ilə gender bərabərliyinə yönəlmiş kampaniyaların hazırlanması və həyata keçirilməsi. Bu fəaliyyət növü qadın qruplarının gücləndirilməsi, liderlik qabiliyyətinin artırılması və təşkilatlanmasına yönələcək.
1.1.    Kənd qadınlarının seçilmiş yerli qida irsində iştirakını daha yaxşı tanıtmaq məqsədi ilə gender bərabərliyinə yönəlmiş kampaniyaların hazırlanması və həyata keçirilməsi
1.2.    Kənd qadınlarının yerli qida irsindəki roluna dəyər vermək üçün yerli ənənəvi yemək növlərinin hazırlanması ilə məşğul olan qadınların foto və video materiallarını #qadınəlləri haştağı altında hazırlamaq/toplamaq/onlayn dərc etməklə virtual kampaniya təşkil edilməsi.
1.3.    Liderlik, maliyyə müstəqilliyi, sahibkarlıq fəaliyyəti, icma işi və digər mövzulardan danışan yerli qadın icma liderləri və fəallarının onlayn müsahibələrinin hazırlanması və nəşr edilməsi.
1.4.    Bölgə qadınları tərəfindən yerli yeməklərin hazırlanmasına dair qısa videomaterialların hazırlanması və social mediada yerləşdirilməsi.
1.5.  Qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək məqsədilə qida məhsullarının gigiyenik hazırlanmasına dair qısa videomaterialların hazırlanması və social mediada yerləşdirilməsi.

Qadınların İqtisadi Gücləndirilməsi layihəsi 
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə birlikdə Azərbaycan Hökumətinin maliyyələşdirdiyi “Qadınların iqtisadi cəhətdən gücləndirilməsi yolu ilə ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayış səviyyəsinin yaxşılaşdırılması” adlı layihəni həyata keçirir. Layihə kənd qadınlarının səlahiyyətlərinin artırılması nəticəsində ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq və sosial cəhətdən inklüziv kənd inkişafına və davamlı yaşayış (dolanışıq) vasitələrinə nail olmaq məqsədi daşıyır.
Bunlara aşağıdakı nəticələr vasitəsilə nail olunacaq:
Nəticə 1. Gender əsaslı kənd məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə bacarıqlar və mövcud boşluqlar qiymətləndirildi, texniki dəsətək göstərildi. 
Nəticə 2. Qadınların səfərbər olunması və məlumat şəbəkələrinə çıxışı dəstəkləndi, sosial davranışlarda dəyişikliyə nail olmaq üçün kənd təsərrüfatında və kənd yaşayışında stereotiplərə qarşı mübarizə tədbirləri həyata keçirildi.
Nəticə 3. Qadın fermerlər bazarlara, emal vasitələrinə və dövlət kreditlərinə, eləcə də biznesin yaradılması, genişləndirilməsi və marketinq üzrə bacarıqların artırılması vasitələrinə daha yaxşı çıxış əldə etmiş oldular.
 Layihə kənd qadınlarına aşağıdakı sahələr üzrə dəstək göstərir:
-  heyvandarlıq, quşçuluq, arıçılıq, meyvəçilik-tərəvəzçilik kimi sahələrdə onlarn texniki biliklərinin artırırlması. 
- təsərrüfatlarda gigiyena, kənd təsərrüfatı innovasiyaları, biznesin inkişafı və marketinq sahələrində bacarıqların təkmilləşdirilməsi 
- iqtisadi imkanlara bərabər çıxışın əldə olunması.

Bu tədbirlər qadınlar tərəfindən idarə olunan kiçik təsərrüfatların məhsuldarlığının artırılmasına və son nəticədə ölkədə ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına təkan vermiş olacaq.
Gender bərabərliyi ilə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi arasında əlaqələrin başa düşülməsini təkmilləşdirmək və müvafiq qurumların mövcud qayda və təcrübəsində bu kimi problemləri həll etmək üçün layihə məhz Azərbaycanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahəsində qərar qəbul etmə səlahiyyəti daşıyan qurumlarla işləmək niyyətindədir. 
Layihə Tovuz, Gədəbəy, Qax, İsmayıllı və Tərtər rayonlarını ilkin qiymətləndirmələr və layihənin təsirinin davamlı monitorinqi üçün prioritet rayonlar kimi müəyyən etmişdir. Amma buna baxmayaraq, layihə fəaliyyətlərinin icrası yalnız bu rayonlarla məhdudlaşmır və ölkə daxilində bütün qadınlar təqdim edilən imkanlardan faydalanmaq üçün bacarıqların artırılması fəaliyyətlərinə cəlb olunmaq üçün müraciət edə bilərlər.

AKQA layihə çərçivəsində Layihə Qrupu və FAO-nun texniki işçilərinin rəhbərliyi altında aşağıda sadalanan fəaliyyətlərin həyata keçirilməsinə öz töhfəsini verəcək:
1)    AKİA-nın, Dövlət Aqrar Ticarət Şirkətinin, regional kənd məsləhət xidmətlərinin, yerli dövlət və mövcud QHT-lərin, qadın fermer qruplarının, assosiasiyaların və kooperativlərin rəhbərliyi ilə icma seminarlarının və müntəzəm görüşlərin təşkili. 
1.1 Yerli qadınların şəbəkələşməsi və səlahiyyətlərinin artırılması nümunəsi kimi, seçilmiş icmalarda (Tovuz, Gədəbəy, Qax, İsmayıllı, Tərtər rayonlarının hər birində bir icma) icma üzvləri, xüsusilə də qadınlar üçün nəzərdə tutulmuş və onları maraqlandıran müxtəlif mövzularda aylıq görüşlərin təşkili. Bu aylıq görüşlər çərçivəsində, 2021-ci ilin mart və aprel ayları ərzində yerli qadınların və kişilərin layihə və onun fəaliyyətləri haqqında səmərəli şəkildə məlumatlandırılmasını təmin etmək və onu dəstəkləmələri üçün səfərbər olunmaqları istiqamətində layihə haqqında təqdimatların keçirilməsi. 

1.1.1 Yerli qadınların şəbəkələşməsi və səlahiyyətlərinin artırılması nümunəsi kimi, seçilmiş icmalarda (Tovuz, Gədəbəy, Qax, İsmayıllı, Tərtər rayonlarının hər birində bir icma) icma üzvləri, xüsusilə də qadınlar üçün nəzərdə tutulmuş və onları maraqlandıran müxtəlif mövzularda aylıq görüşlərin təşkili. Bu aylıq görüşlər çərçivəsində, 2021-ci ilin mart və aprel ayları ərzində yerli qadınların və kişilərin layihə və onun fəaliyyətləri haqqında səmərəli şəkildə məlumatlandırılmasını təmin etmək və onu dəstəkləmələri üçün səfərbər olunmaqları istiqamətində layihə haqqında təqdimatların keçirilməsi.

1.1.2 Tərtib edilmiş meyarlara uyğun olaraq hədəf rayonlardan kənd təsərrüfatı ilə məşğul olan kənd qadınlarının müəyyən edilməsi.
Layihənin həyata keçirildiyi müddətdə, qadınların səlahiyyətlərinin artırılmasına töhfə verə biləcək qadın və kişilərin müxtəlif ehtiyac və maraqlarını müəyyən etmək və bu məlumatı layihə komandasının yerdə qalan üzvlərii ilə paylaşmaq.
1.1.3. Layihə qrupunu işin gedişi, eləcə də ümumi vəziyyət haqqında, o cümlədən layihə ilə bağlı yerli icmalarda mövcud abu-hava ilə bağlı məlumatlandırmaq.
1.1.4. Davamlı dəstək göstərmək və layihə qrupu ilə pilot icmalar, yerli hakimiyyət orqanları, kənd qadınları və kişiləri arasında körpü rolunu oynamaq.
1.1.5. Tələb olunduğu hallarda icmada sahə səfərlərinin və tədbirlərin təşkilində layihə komandasına dəstək olmaq.
1.1.6. Layihə ilə bağlı hər hansı sual və ya problemlə bağlı icma üzvlərinin sorğularına cavab verəcək ilkin mənbə rolunu oynamaq.
2) Maarifləndirmə və məlumatlandırma kampaniyasının təşkil edilməsi, o cümlədən kənd qadınlarının və qızlarının kənd təsərrüfatına və kənd iqtisadiyyatına verdikləri töhfələrini əks etdirən həftəlik radio verilişin, plakatların, video və lövhələr qismində vizual materialların hazırlanması.
2.1 Layihə materiallarının və məlumatların icma daxilində yayılmasına vasitəçilik göstərmək.
2.2 Əlavə təlim məqsədləri üçün BÜTÜN təlim sessiyalarının video çəkilişlərinin, eləcə də təbliğat məqsədləri üçün digər fəaliyyətlər təşkil edilməsi, layihə üçün təbliğat materiallarının hazırlanmsı. 
2.3 Layihənin radio proqramında işıqlandırılacaq mövzuların siyahısının hazırlanması və verilişin radioda yayımlanmasına dəstək verilməsi. Bununla bağlı müvafiq məlumatların icma üzvləri arasında yayılması, radioda müsahibə verə biləcək şəxslərin müəyyənləşdirilərək tövsiyə edilməsi.
3) Layihə işçiləri tərəfindən benefisiar təşkilatla birlikdə kənd qadınlarına təlimlərin keçirilməsi.
3.1 Təlimlər, eləcə də biznesin inkişafı üçün benefisiarların müəyyən edilməsində layihə komandasına köməklik göstərmək.
3.2 Kənd qadınları üçün nəzərdə tutulmuş bacarıqların inkişaf etdirilməsi planının həyata keçirilməsində layihə komandasına kömək etmək
3.3. FAO-nun tərtib etdiyi modular əsasında layihə komandasının sifarişi ilə hədəf rayonlarda onlayn və ya üzbəüz təlimlər təşkil etmək.
3.4 Ən azı 10 təlim sessiyası təşkil etmək. Təlimlərə ən azı 50 nəfər qadın cəlb etmək.