Sahibkar Qadınların Bacarıqlarının İnkişaf Etdirilməsi

Ətraflı
About

Sahibkar Qadınların Bacarıqlarının İnkişaf Etdirilməsi

AKQA-nın kənd qadın sahibkarları üçün rəqəmsal savadlılıq kursları ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciəti 2020-ci ildə uğurlu oldu. Şura tərəfindən ayrılmış qrant əsasında İmişli, Masallı və Neftçala rayonlarında 36 kəndli fermer və sahibkar qadına kompüterlərdən istifadə qaydaları üzrə təlim kursları keçirildi. Təlim kursları onlara rəqəmsal texnologiyalar üzrə biliklərini artırmağa, eləcə də öz məhsullarını tanıtmaq üçün sosial şəbəkələrdən səmərəli istifadə etməyə imkan yaratdı.