Kudumbaşrii

Kudumbaşri Hindistanın Kerala ştatının aşağı ixtisaslı və aşağı gəlirli kənd qadınlarının sosial və iqtisadi gücləndirilməsi proqramıdır.

Ətraflı
About

Kudumbaşrii

Kudumbaşri Hindistanın Kerala ştatının aşağı ixtisaslı və aşağı gəlirli kənd qadınlarının sosial və iqtisadi gücləndirilməsi proqramıdır. Bu proqram bacarıqların inkişafını, əmanət yığımını, kredit və müəssisələrin inkişafını dəstəkləyir və bir-biri ilə qonşuluqda yaşayan qadınlardan ibarət özünə kömək qruplarının yaradılması vasitəsilə qadınları gücləndirir.  1999-cu ildə yaradılmış agentlik, qadınların iqtisadi imkanlarının gücləndirilməsi proqramları ilə bağlı 20 ildən artıq təcrübəyə malikdir. Sayı 2.9 milyona çatan özünə dəstək qruplarında 4.5 milyon üzv vardır ki, onlar da ümumilikdə 20,000-dən artıq müəssisəyə sahibdirlər. Bu, qadınların iqtisadi güclərinin artırılması üzrə Hindistan Hökumətinin milli resurs təşkilatı hesab olunur və Hindistanın 19 ştatında, eləcə də  xaricdə qruplara təlimlər vermiş xüsusi təlimçilər qrupuna malikdir.

AKQA əməkdaşları Azərbaycanda özünə dəstək modelini icra etmək üçün 2018-ci ilin mart ayında İkinci Kənd İnvestisiya Layihəsinin qadınların iqtisadi gücləndirilməsi komponentinin bir hissəsi kimi Kudumbaşri təlimçiləri tərəfindən təlim sessiyaları keçirilmişdir. 2018-ci ilin sentyabr ayında baş tutmuş 2-ci sessiya təlimlər zamanı isə, rayonlardan olan 35 nəfər gənc QİMQ-lərin bizneslərinə dəstək olmaq üçün İcma Biznes Təbliğatçıları kimi təlimləndilər. Bütün təlimlər Hindistan Hökuməti tərəfindən maliyyələşdirilib. AKQA həmin bu modeli Azərbaycanda tətbiq etmək və genişləndirmək üçün agentlikdən hələ də texniki dəstək almağa davam edir.