Özünə-dəstək Qrupu Modeli

Hindistanın Kerala Ştatında Kudumbaşree (tərcüməsi Ailə Rifhı) layihəsindən olam texniki tərəşdaflarımızın tərəfindən Özünə Dəstək Qrupu (SHG)  modelinin  tətbiqi ilə bağlı AzKİL heyətinə 2018-ci ilin mart ayında təlim keçirildikdən sonra, AKQA  ilk dəfə

Ətraflı
About

Özünə-dəstək Qrupu Modeli

Hindistanın Kerala Ştatında Kudumbaşree (tərcüməsi Ailə Rifahı) layihəsindən olan texniki tərəşdaflarımızın tərəfindən Özünə Dəstək Qrupu (SHG)  modelinin  tətbiqi ilə bağlı AzKİL heyətinə 2018-ci ilin mart ayında təlim keçirildikdən sonra, AKQA  ilk dəfə həmin dövrdə təqdim edilmiş  Özünə Dəstək Qrupu (SHG) modelini Azərbaycanda həyata keçirməyə başlayıb. Təlim Hindistan hökuməti tərəfindən maliyyələşdirilmişdi. AzKİL əməkdaşlarından ibarət nümayəndə heyəti kənd yerlərinin inkişafında innovasiyaları öyrənmək üçün 2017-ci ildə Hindistana səfər etdikdən sonra Kudumbashree layihəsi texniki tərəfdaş kimi seçilib.  AzKİL-in Direktor müavini Gülbəniz Qənbərovanın rəhbərlik etdiyi heyət  Kerala ştatında həyata keçirilmiş Özünə Dəstək Qrupu modelini Azərbaycanda tətbiq etmək üçün uyğun hesab etmişdir.

Özünə Dəstək Qrupu modeli 30 ildən artıqdır ki, Hindistanda və daha 25 ölkədə 65 milyon qadını əhatə etməklə icra olunur.  Bu model,  xüsusən də daha az bacarıqlı və daha aşağı gəlirli qadınların biznesə başlamasında və gəlirlərinin yaxşılaşdırılmasında üzləşdikləri çətinlikləri azaltmaq üçün inteqrasiya olunmuş yanaşma mexanizmini nəzərdə tutur. Məqsəd, öz bizneslərini başlamaq və genişləndirmək üçün hər həftə müəyyən sabit məbləğdə əmanət toplayan, yalnız 10-20 nəfər qadından ibarət məhəllə qruplarında qadınları bir araya gətirməkdir.

Bu, qadınların özlərinin güclü tərəflərinə əsaslanır və onlara qrup müəssisələrini uğurla idarə etmək üçün lazım olan dəstəyi təmin etməklə, eləcə də öz icmalarını dəstəkləmək üçün səmərəli şəkildə fəaliyyət göstərməklə yanaşı, onların bacarıqlarının inkişafını, maliyyə və bazarlara çıxışını da təmin edir. Bu, risklərin azaldılması modelidir, belə ki, burada qadınlar həm bizneslə bağlı riskləri bölüşürlər, həm də qrup biznes modeli kimi risklərin şaxələndirilməsi, hər bir qrupa təsərrüfat, təsərrüfatdankənar və qeyri-təsərrüfat kiçik bizneslərini əhatə edən çoxsaylı bizneslərə sahib olmağa da imkan yaradır. Assosiasiyanın İcma Biznes Təbliğatçıları, İcma Səfərbərlçiləri və Təlimçiləri kimi təlimlərdən keçmiş və yerli gənclərdən ibarət Kənd Biznes İinkubatorları davamlı şəkildə öz dəstəklərini göstərməkdədirlər.

 

MODELİN ƏSAS SÜTUNLARI

 

TƏŞKİLATİ QURULUŞU

  1. Qadınların 10-20 nəfərlik məhəllə qruplarında təşkili
  2. Qrup idarəetməsi və qərarların demokratik şəkildə qəbulu
  3. Fikiri və azad iradənizi səsləndirməyə imkan verən həmkaralra dəstək sistemi
  4. Qruplar miqyasına və əhatə dairəsinə görə rayon, regional və milli səviyyələrdə şəbəkələşib
 

MALİYYƏ MƏNBƏLƏRİNƏ ÇIXIŞ

  1. Qrup şəklində toplanan əmanətlər qadınlara təkbaşına bacardıqlarından daha çox qənaət etməyə imkan verir
  2. Əmanətlərin yığılması qrup kapitalının artması ilə davam edir
  3. Əmanətlər kiçik müəssisələrin yaradılması və banklardan kreditlərin əldə olunması üçün istifadə olunur.
  4. Kreditin idarə olunması və müəssisələrin genişləndirilməsi

 

BAZARLARA ÇIXIŞ

  1. Bazar imkanları araşdırılıb
  2. Bazar potensialına əsaslanan kollektiv müəssisələrin yaradılması
  3. Dəyər zəncirləri ilə əlaqələndirmə
  4. Kənd Biznes İnkubatorları yerində biznes inkubasiya və dəstək xidmətləri göstərir
  5. Bizneslər ölçü və əhatə dairəsinə uyğun olaraq şəbəkələşir

 

 

  1. Liderlik, maliyyə, rəqəmsal savadlılıq, biznes bacarıqlarının artırılmısı üçün müntəzəm bacarıq və məsləhət xidmətləri
  2. Biznesin inkişafı xidmətlərini təmin etmək, eləcə də digər qrupları və İcma Biznes Təşviqçilərini səfərbər etmək və onlara mentorluq etmək məqsədilə İcma Qaynaqları Mütəxəssislərinin hazırlanması
  3. Müəssisənin nüfuz və qabiliyyətini artırmaq üçün bələdiyyə və rayon səviyyəsində təşkil edilən ictimai tədbirlərdə fəal iştirak
  4. Hökumətin dəstəklədiyi proqramlarla yaxınlaşma, özəl sektor və inkişaf agentlikləri ilə əməkdaşlıq