KƏND QADINLARININ AQRAR FƏALİYYƏTİNƏ DƏSTƏK GÖSTƏRİLƏCƏK


Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən maliyyələşən yeni layihənin icrasına başladı.  “Kənd Qadınlarının aqrar fəaliyyətinə dəstək” adlanan bu layihədən Ağdam, Beyləqan, Bərdə, Lənkəran, Zaqatala və Goranboy rayonunda fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qrupları və İstehsal-İstehlak Qadın Kooperativləri faydalanacaq.
Layihə çərçivəsində Ağdam və Beyləqan rayonlarındakı fermer qadınlara aqrar mövzularda təlimlər veriləcək, Göranboy və Ağdam rayonunda Məhsul Bayramı keçiriləcək, fermer qadınların Bərdə və Zaqatala rayonlarında fəaliyyət göstərən Qadın Kooperativlərinə təcrübə səfərləri  təşkil olunacaq. 
Birbaşa faydalananların sayı 92, dolayısı yolla fardalananlar isə 48 nəfər olmaqla cəmi 140 fermer qadının bu layihəyə cəlb olunması nəzərdə tutulub. Layihə 3 ay davam edəcək.


Paylaş: