Azərbaycan Kənd Qadınları Assosiasiyasının Beynəlxalq Məsləhət Şurasının Sədri xanım Tara Şarafudin Azərbaycana səfər edib. Beynəlxalq Ekspert AKQA Ofisinə baş çəkərək Assosiasiyanın Sədri xanım Gülbəniz Qənbərova ilə görüşüb. Görüş zamanı 2019-2023 illər ərzində ölkədə yaranmış Qadın İnkişaf və Müəssisə Qruplarının fəaliyyəti, beynəlxalq və yerli əməkdaşlıqlar, başa çatmış və icrada olan layihələr, assosiasiyanın inkişaf imkanları təhlil olunub və müvafiq məsləhətlər verilib. Görüş zamanı Assosiasiyanın Strateji Planında dəyişikliklərin aparılması zərurəti vurğulanıb. Müzakirə olunan məsələlər arasında fermer və sahibkar kənd qadınlarının bazara çıxış imkanları da mühüm yer alıb.
Bakıda olduğu müddət ərzində Beynəlxalq Ekspert və Assosiasiya Sədri Şəhərdən Kəndə Yarmarkasına baş çəkərək öz məhsulları ilə yarmarkada iştirak edən AKQA üzvləri “ASİL” İstehsal-İstehlak Qadın Kooperativi və “GÜLŞƏN”, “ŞAHBULAQ” və “İMARƏT” olmaqla 3 Qadın İnkişaf və Müəssisə Qrupunun nümayəndələri ilə də görüşüb. Məhsulların brendləşməsi, qablaşdırılması və satışı ilə bağlı maraqlı təkliflər irəli sürən Tara xanımın yarmarkaya gəlişi Assosiasiya üzvləri tərəfindən səmimiyyət və maraqla qarşılanıb.
Yarmarkaya səfəri zamanı AKQA Sədri xanım Gülbəniz Qənbərova və Beynəlxalq Məsləhət Şurasının Sədri xanım Tara Şarafudin Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat Şirkətinin Yarmarkaların Təşkili Şöbəsinin müdiri Mirşöhrət Hüseynzadə ilə də görüşüb və kənd qadınlarının məhsullarının satışı ilə bağlı maraqlı ideyalar müzakirə olunub.
Xanım Tara Şarafudin Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşən və 2019-cu ildə başa çatmış Azərbaycan Kənd İnvestisiya Layihəsinin 2016-2019 cu illər ərzində Tapşırıq Meneceri olub. Azərbaycan Kənd Qadınları Assosiasiyasının kollektiv qadın bizneslərinin və Qadın Kooperativlərin yaranmasında bir alət kimi iasifadə etdiyi “Qadın Özünə-kömək Qrupu” modelinin ölkədə uğur qazanmasında da Tara xanımın rolu böyük olub