“Ağıllı qadınlar ağıllı icmalar yaradır” – Azərbaycan Kənd Qadınları Assosiasiyasının İyun 2022 tarixdən başladığı rəqəmsallıq kampaniyasının bu şüarı altında Ağdam, Goranboy, Ağstafa, Gədəbəy və Tovuz rayonlarında fəaliyyət göstərən Qadın Kooperativləri və Qadın İnkişaf və Müəssisə Qrupları nümayəndələri rəqəmsal bacarıqların artırılması məqsədi ilə 7 günlük təlimə cəlb olunublar. Təlimlər USAİD Özəl Sektorun İnkişafı Layihəsinin dəstəyi ilə Gəncə şəhərində keçirilir. Təlimə qoşulan 20 kənd qadını əldə etdikləri rəqəmsal biliklərdən çox məmnundur.
İyul –Avqust aylarlnda belə təlimlər Balakən, Qax, Zaqatala, Şamaxı rayonlarını əhatə etməklə məkan olaraq Zaqatala şəhərində, daha sonra isə Masallı, Lənkəran, Saatlı, Sabirabad, Xocavənd və Beyləqan rayonlarından olan iştirakçılar üçün Lənkəran şəhərində də keçiriləcək. Zaqatala şəhərində keçiriləcək təlimdə 15, Lənkəran şəhərində isə 14 kənd qadını öz rəqəmsal bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.
Onu da qeyd edək ki, təlim zamanı kənd qadınları Amerikanın T-Mobile Şirkətinin ianə etdiyi smartfonlar və SAMSUNG Şirkətinin Seuldan ianə olaraq göndərdiyi dizüstü bilgisayarlardan istifadə edirlər.
“Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi” Kampaniyasına qoşularaq böyük töhfə verdiyi üçün USAİD Özəl Sektorun İnkişafı Layihəsinə, T-Mobile Şirkətinə və SAMSUNG Şirkətinə kənd qadınlarının təşəkkürlərini bildiririk!