Azərbaycan Kənd Qadınları Assosiasiyası ilə Özbəkistanda fəaliyyət göstərən "Tadbirkor Ayol" Beynəlxalq Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri Gulnora Mahmudova ilə görüş keçirildı !

Bu gün Azərbaycan Kənd Qadınları Assosiasiyasının Baş Ofisində Özbəkistanda fəaliyyət göstərən "Tadbirkor Ayol" Beynəlxalq Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri Gulnora Mahmudova ilə görüş keçirildı. Görüşün məqsədi hər iki assosiasiya arasında 2018-ci ildə başlayan və uğurla davam edən işgüzar əlaqələrin inkişafı və əməkdaşlığın yeni mümkün yollarının müzakirəsi idi. Hörmətli qonağımız son illərdə Azərbaycanda yaradılan Qadın Kooperativlərinin fəaliyyəti ilə də maraqlandı və əməkdaşlığın növbəti mərhələsində kollektiv qadın bizneslərinin xüsusi yer alacağına əmin olduğunu bildirdi.

Görüş zamanı "Tadbirkor Ayol" Beynəlxalq Qadın Sahibkarlar Assosiasiyasının Aprel ayının sonunda keçirilməsini planlaşdırdığı Qadın Sahibkarların Mərkəzi Asiya "PRO Busines Ladies" Forumu da müzakirə olundu və Azərbaycan Kənd Qadınları Assosiasiyasının Forumda spiker qismində iştirakı da təsdiq olundu.

 

 

 

 

 

 


Paylaş: