“Birinci Aşıqlıda Məhsuldarlığın Artırılması: Yenilikçi Buğda Sortları ilə Uğurlu Təcrübə”

Gəncə Aqrar Ekologiya Unverstitetinin təşəbbüsü ilə 2023-2024 cü illərdə Beyləqan rayonu, Birinci Aşıqlı kəndində torpağın məhsuldarlığının artırılması məqsədi ilə xaricdən gətirilən Lucilla və Midas buğda sortlarının təcrübə sınaqları həyata keçirilmişdir. Təcrübələr 40 sot torpaq sahəsində aparılmış və suvarma, gübrələmə, həmçinin digər münbitlik artırıcı tədbirlərdən istifadə edilmişdir.

Yerli şərait nəzərə alınaraq uyğun temperatur və rütubət şəraiti təmin edilmişdir. Hektara görə məhsuldarlıq 62 sentner olmuşdur. Təcrübələr torpağin münbitliyinin artırılması üçün seçilmiş üsulların effektiv olduğunu göstərmişdir. Yerli şəraitdə tətbiq edilən texnologiyaların geniş sahələr üçün də əlverişli olduğu müəyyən edilmiş və bu təcrübələrin daha böyük sahələrdə də sınaqdan keçirilməsi tövsiyə olunmuşdur. GÜLŞƏN Qadın İnkişaf və Müəssisə Qrupunun xanımlarına buğda becərilməsi ilə bağlı təlim keçirilmişdir.

Layihə nəticəsində görülən işlər uğurlu nəticələr vermiş, gələcəkdə daha böyük nəticələr əldə olunacağı gözlənilir. Məhsuldarlığın artırılması üzrə yeni təcrübələrin bu il - 2025 ci ildə də davam etdirilməsi nəzərdə tutulur.

"Taxılçılığın İnkişafı Layihəsi" nin meneceri Fariz Ələkbərov müntəzəm olaraq GÜLŞƏN Qadın Qrupunun taxıl sahəsinə baxış keçirir, fermer xanımlara taxılın becərilməsi və aqrotexniki qulluqla bağlı dəyərli məsləhətlər məsləhətlər verir.


Paylaş: