Milli Məclisdə Hicran Hüseynova ilə görüş keçirildi.

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor.

Dekabrın 9-da Milli Məclisin inzibati binasında Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olaraq vətəndaş qəbulu keçirdim və onların müraciətlərini dinlədim.

Vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinlədim, problemləri ilə maraqlandım. Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları və sosial məsələlərlə bağlı idi.

Qeyd etmək istərdim ki, görüş zamanı vətəndaş müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edildi. Digər müraciətlərin araşdırılması üçün isə aidiyyəti orqanlara sorğular göndərildi.

Qəbul zamanı Azərbaycan Kənd Qadınları Assosiasiyasının (AKQA) bir qrup nümayəndələri ilə görüşdük. Bu görüşdə, Azərbaycanın kənd və rayonlarında yaşayan qadınların sosial, iqtisadi və hüquqi vəziyyətlərinin yaxşılaşdırılması məsələlərini müzakirə etdik.

#MilliMeclis


Paylaş: