1 noyabr - Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı münasibətilə, əziz zəhmətkeşlərimizi ürəkdən təbrik edirəm!
Regionlarda məşğulluğun artırılması, iqtisadi inkişaf, qida təhlükəsizliyinin təminatı və qeyri-neft ixracında kənd təsərrüfatının rolu danılmazdır. Əzmlə çalışan qadın sahibkarlarımızın, kənd yerlərində aqrobizneslə məşğul olan fermer qadınların səyləri isə xüsusi olaraq qeyd olunmalıdır. 2018-ci ildə yaradılan Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) bu dəyərli qadınların sosial və iqtisadi güclənməsinə dəstək olmaq üçün böyük addımlar atır. Onların zəhməti yalnız öz ailələrinə deyil, ölkəmizin gələcəyinə də dəyər qatır.
Aqrar sahədə əvəzsiz zəhməti olan bütün kənd təsərrüfatı işçilərimizi peşə bayramları münasibətilə təbrik edir, uğurlar arzulayıram. Gününüz mübarək, dəyərli kənd qadınları! Qoy sizin zəhmətiniz hər zaman bərəkət gətirsin!