Qadın İnkişaf və Müəssisə Qrupları

Bizim əsas fəaliyyətimiz Qadın İnkişaf və Müəssisə Qruplarının inkişafına yönəlib

Ətraflı
About

Qadın İnkişaf və Müəssisə Qrupları

Bizim əsas fəaliyyətimiz Qadın İnkişaf və Müəssisə Qruplarının inkişafına yönəlib. ARWA yeni qrupların səfərbər edilməsi və mövcud qrupların dayanıqlı fəaliyyət göstərməsinə kömək edir. AKQA eyni zamanda kənd qadınlarının üzləşdiyi problemləri regional və milli hakimiyyət orqanları qarşısında qaldırır. O, kənd qadınlarını və onların verdiyi töhfələri təkcə öz proqramı vasitəsilə ilə deyil, həm də Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilmiş Beynəlxalq Kənd Qadınları Gününün qeyd edilməsi vasitəsilə də təbliğ edir. Öz işi ilə yanaşı, AKQA həmçinin kənd qadınlarının iqtisadi gücünün artırılmasına dəstək verən layihələrin həyata keçirilməsinə nail olmaq üçün hökumət və beynəlxalq təşkilatlarla da tərəfdaşlıq edir. Bunlarla bağlı təfərrüatlar “Tərəfdaşlıq“ bölməsində öz əksini tapıb.

Kənd Qadınlarının Sosial-İqtisadi Gücünün Artırılması Proqramı: Abadlaşan kəndlər/kəndlərin rifahı.

Proqram 2018-ci ilin mart ayında Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi İkinci Kənd İnvestisiya Layihəsinin (AzKİL-2) bir hissəsi kimi başlamışdır. Bu, Özünə Dəstək Qrupu (ODQ) model bölməsində təsvir edilən istiqamətlər üzrə özünə dəstək qruplarının formalaşdırılması yolu ilə kənd qadınlarının hüquq və imkanlarının genişləndirilməsi məqsədini daşıyırdı. 2019-cu ilin sentyabr ayında, yəni layihənin sonuna doğru, 14 rayonda 33 QİMQ var idi ki, onlardan da bəziləri yenicə fəaliyyətə başlayan müəssisələrə malik idilər. AKQA bu komponenti “Abadlaşan Kəndlər” adı altında kənd qadınlarının sosial-iqtisadi imkanlarının artırılması üçün davam edən proqramı kimi, eyni zamanda QİMQ-ləri təmsil edən təşkilat qismində öz üzərinə götürdü. Bu proqram çərçivəsində AKQA nəinki mövcud qrupları dəstəklədi və onlara bizneslərini inkişaf etdirməyə kömək etdi, həm də kənd qadınları və yerli hakimiyyət orqanları tərəfindən ifadə olunan güclü tələbi nəzərə alaraq proqramı daha da genişləndirdi. Hal-hazırda 23 rayonda 780 qadının üzv olduğu 50 qrup fəaliyyət göstərməkdədir. AKQA  qrupları səfərbər edir, onlara bacarıqların inkişafı üzrə təlimlər verir, öz üzvləri arasından mentorlar seçərək hazırlayır və İcma Biznes Təbliğatçıları kimi təlim keçmiş yerli gənclər tərəfindən yerlərdə idarə olunan biznes inkubatorları vasitəsilə qrupların maliyyə mənbələrinə və əlverişli bazarlara çıxışına kömək edir. Kollektiv bizneslərdə təcrübə qazanan qadın qrupları müvəffəqiyyətlə Qadın Kooperativlərinə çevrilərək hüquqi status əldə edirlər.